FHN bağlı qapı arxasında qalan Bakı sakininin köməyinə çatdı

fhn-bagli-qapi-arxasinda-qalan-baki-sakininin-komeyine-catdi
Oxunma sayı: 763

Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.