FHN Bakıda pişiyi xilas etmək üçün əməliyyat keçirdi - Fotolar

fhn-bakida-pisiyi-xilas-etmek-ucun-emeliyyat-kecirdi
Oxunma sayı: 1800

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə Nərimanov rayonu ərazisindəki binalardan birində yerləşən mənzildə pişiyin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
 
"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, pişiyin miyoltusunu eşidən bina sakinlərindən biri onun yaşayış olmayan mənzildən xilas edilməsi üçün müraciət edib. Dərhal əraziyə polis və FHN-in xilasediciləri, eləcə də təcili tibbi yardım briqadası cəlb edilib.
 
Xilasedicilər qapını aça bilmədiyindən mənzilə pəncərədən daxil olaraq pişiyi xilas ediblər və onu həkimlərə təhvil veriblər.