FHN-dən Qubada məktəbdəki yanğınla bağlı açıqlama

fhn-den-qubada-mektebdeki-yanginla-bagli-aciqlama
Oxunma sayı: 901

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kəndində kənd orta məktəbində yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.