FHN-in helikopteri Gürcüstandakı yanğını söndürür

fhn-in-helikopteri-gurcustandaki-yangini-sondurur
Oxunma sayı: 830

Gürcüstan hökümətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib.
 
“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.