FHN kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

fhn-kutlevi-zeherlenme-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 2033

Fövqəladə Hallar Nazirliyi Şirvanda yerləşən "Yeganə" şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"nun xəbərinə görə, məlumatda bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Əlavə məlumat veriləcək.