FHN-nin at əməliyyatı

fhn-nin-at-emeliyyati
Oxunma sayı: 645

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, at eni 1,5 metr, uzunu 3 metr və dərinliyi 2 metr olan gölməçəyə düşüb və köməksiz vəziyyətdə qalıb. Kənd sakinləri tərəfindən atın çıxarılması mümkün olmadığından köməklik məqsədi ilə onlar 112 xidmətinə müraciət ediblər.

Xilasedicilər müvafiq alət və avadanlıqlardan istifadə etməklə atı gölməçədən çıxarıblar.