FHN paytaxtdakı hər iki yanğınla bağlı məlumat yaydı

fhn-paytaxtdaki-her-iki-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 1985

Fövqəladə Hallar Nazirliyi bu gün Bakının Nərimanov rayonunda tikinti materialları mağazasında və Binqədi rayonunda restoranda baş verən yanğınla bağlı məlumat yayıb. 

"Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.  Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “NANƏLİ” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.