FHN Salyandakı qəza ilə bağlı məlumat yaydı

FHN Salyandakı qəza ilə bağlı məlumat yaydı
Oxunma sayı: 1033

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi