FHN Şəkidəki ağır qəza ilə bağlı məlumat yayıb

fhn-sekideki-agir-qeza-ile-bagli-melumat-yayib
Oxunma sayı: 1671

Fövqəladə Hallar Nazirliyi martın 19-da Şəkidə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.