FHN Ucardakı yanğınla bağlı məlumat yaydı

FHN Ucardakı yanğınla bağlı məlumat yaydı
Oxunma sayı: 804

Ucarın Qarabörk kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi