FHN və DİN məlumat ötürdü, ANAMA mərmi tapdı - Fotolar

fhn-ve-din-melumat-oturdu-anama-mermi-tapdi
Oxunma sayı: 663

Bu gün FHN və DİN-dən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-da “Qafqazinfo”ya verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatların ətrafında 9 000 kv.m. əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.