FHN xəstəxanadakı yanğınla bağlı məlumat yaydı

fhn-xestexanadaki-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 637

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, xəstəxananın 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 poqonometr, hər mərtəbədə 20 kvadratmetr sahədə kabellər və 2-ci mərtəbədə 4 oturacaq qismən yanıb. Yanğınsöndürənlər tərəfindən 7 xəstə xilas, 20 xəstə isə təxliyyə edilib. Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 15:18-də söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.