“Fiberoptikanın atası” vəfat etdi

fiberoptikanin-atasi-vefat-etdi
Oxunma sayı: 2070

Nobel mükafatçısı, professor Çarlz Kao dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, uzun illərdir Alzheymer xəstəliyindən əziyyət çəkən alim 85 yaşında Honnkonqda vəfat edib.

Məlumat üçün bildirək ki, Çarlz Kao fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

O, 1933-cü ildə Şanxayda anadan olub, 1948-ci ildə ailəsi ilə birlikdə Tayvan adasına, bir il sonra isə Honqkonqa köçüb. Honqkonq, Böyük Britaniya və ABŞ vətəndaşlığına malik olan Çarlz Kao telekommunikasiya sənayesinin inkişafında vacib rol oynayan fiberoptika sahəsində əhəmiyyətli tədqiqatlar aparıb.

Alim London Kral Cəmiyyətinin, Kral Mühəndislik Akademiyasının, Çin Elmlər Akademiyasının, Avropa Elm və İncəsənət Akademiyasının və digər elmi qurumların üzvü olub.