Fidan Hacıyeva Fransalı ilə yan-yana

fidan-haciyeva-fransali-ile-yan-yana
Oxunma sayı: 745

“Qafqazinfo”nun məlumatına görə, konsert iyunun 3-də Fidan Hacıyevanın solisti olduğu Akademik Opera və Balet Teatrında keçiriləcək. Məhz bu səbəbdən ölkəmizə iki gün əvvəldən qonaq gələn fransalı tenorla konsert öncəsi bir neçə məşq də keçirilib. Azərbaycan və Fransa mədəniyyətlərini birləşdirən bu layihə, Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub. Konsertin davamının Fransada keçirilməsi də nəzərdə tutulub. Fidan Hacıyeva konsertdə fransalı tenorla bir sıra operaları birgə səsləndirəcəyini də qeyd edib. Fransalı qonaq Jan Fransis Munvuason Fidan Hacıyeva ilə birgə konsert verəcəklərindən məmnunluğunu vurğulayıb: “Fransız mahnılarını ifa etmək çətindir. Fidan xanımda isə elə bir həssaslıq var ki, bu onda çox yaxşı alınır. Karmen obrazı onun ifasında çox gözəl alınıb. Karmeni yaratmaq üçün yaxşı oynamaq deyil, Karmen olmaq lazımdır. Vacib deyil ki, azərbaycanlı Karmeni yaradasan. O, universal qadın tipidir. Öz arzuları, istəkləri ilə qəbul olunmaq istəyən bir insandır. Fidan xanım isə bu obrazla zahiri oxşarlığı olmasa da rolunu çox gözəl yaradıb”.

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Lyuk Obri də Fransa cəmiyyətinin Fidan Hacıyevanın səsini eşidəcəyi günü səbirsizliklə gözlədiyini bildirib.

Bundan əlavə, əməkdar artist iyunun əvvəllərində İtaliyaya səfər edəcək. Qeyd edək ki, İtaliyanın opera səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edəcək müğənni bu səhnədə çıxış edən ilk azərbaycanlı ifaçı olacaq: “Bütün səylərim sayəsində istəklərimə, arzularıma çatıram. Mən ən böyük arzularımın reallaşacağına əminəm.”

Səidə Teyyubqızı