Fidan Hacıyeva Londonda konsert verəcək

fidan-haciyeva-londonda-konsert-verecek
Oxunma sayı: 1479

Xalq artisti, mezzo-soprano Fidan Hacıyevanın Londonda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin son tələbələrindən biri olan, konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın Ədilə Hüseynzadənin əsərlərindən ibarət konserti keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, konsert  mayın 16-da “Kings Place” konsert zalında keçirilməsi nəzərdə tutulur. Konsertdə Ədilə xanımın mahnıları 3 dildə - Azərbaycan, rus, ingilis ifa olunacaq. Konsert əməkdar artist, violonçelist Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) müşayiəti ilə baş tutacaq. 

Fidan Hacıyeva bildirib ki, bu konsertin keçirilməsində məqsəd Azərbaycanın zəngin mədəni irsini, ölməz sənətkarımızın əsərlərini dünyaya tanıtmaqdır. İfaçı onu da əlavə edib ki, bu konsertləri silsilə olaraq Bakıda və dünyanın bir çox ölkələrində davam elətdirmək istəyindədir.