FİFA Azərbaycanı saymadı

fifa-azerbaycani-saymadi
Oxunma sayı: 659

Belə ki, planetin ən yaxşı qadın futbolçusu və qadın məşqçisinin səsverməsində ölkəmiz təmsil olunmayıb. Hərçənd, bu nominasiyaların qaliblərini milli komandaların baş məşqçiləri və kapitanları seçirlər. Lakin yığmamızın üzvləri sorğu iştirakçıları arasında yoxdur.

Düzdür, ölkəmizdə qadın yığması yox, 17 və 19 yaşadək qızlardan ibarət millilər var. Lakin son illərdə U-17-nin almaniyalı çalışdırıcısı Sissi Rayt, növbə ilə kapitanları Şəfəq Nəsirova və Əminə Heydərova bu sorğuya qatılmışdı. Həmin vaxtlar ölkəmizdə yeganə xanım yığması U-17 idisə, indi artıq U-19 da var. Lakin onların heç biri səsvermədə iştirak etməyib.

Məsələ ilə bağlı AFFA-nın rəsmi mövqeyini öyrəndik. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu apasport.az-a açıqlamasında anlaşılmazlığa belə izah verib: “Bildiyiniz kimi, ölkəmizdə qadınlardan ibarət əsas yığma komanda yoxdur. FİFA bizə səsverməyə qatılmaq üçün sorğu göndərməyib. Amma əvvəllər göndərdiyindən, baş məşqçi və kapitanlar səsverməyə qatılırdı”.