FİFA dünya çempionatından 6,1 milyard qazanacaq

fifa-dunya-cempionatindan-61-milyard-qazanacaq
Oxunma sayı: 1416

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6.1 milyard dollar gəlir əldə edəcək. “Qafqazinfo” xəbər verir ki, bu qazanc son dünya çempionatının qazancından 1,3 milyard dollar çoxdur. 

 Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində mümkün olub. Yarışa sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.