FİFA İsveçrə yığmasının 2 futbolçusunu cəzalandıra bilər

fifa-isvecre-yigmasinin-2-futbolcusunu-cezalandira-biler
Oxunma sayı: 1848

FIFA Isveçrə millisinin üzvləri Xerdan Şakiri və Qranit Cakaya qarşı iş açıb. “Qafqazinfo” xəbər verir ki, ali futbol qurumu onların hər ikisini Serbiya ilə oyunda vurduğu qollardan sonra qol sevinclərinə görə cəzalandıra bilər.

Onlar hər ikisi qol vurduğu zaman “alban qartalı” işarəsi göstərmişdi. Bu da Albaniyanın azadlığı uğrunda mübarizənin rəmzidir.

Eyni zamanda FİFA serb azarkeşlərə də qadağalar tətbiq edəcək. Çünki onlar stadionda siyasi və təhqiredici şüarlar səsləndiriblər.

Eyni zamanda Sebriya yığmasının baş məşqçisi Mladen Krasyiçlə bağlı da araşdırmalar olacaq.