FİFA Meksikanı cərimələdi

fifa-meksikani-cerimeledi
Oxunma sayı: 1375

FIFA dünya çempionatında mübarizə aparan Meksika yığmasını cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna meksikalı fanatların Rusiyadakı davranışları səbəb göstərilir.
 
Qrup mərhələsinin ilk turunda Almaniya ilə oyun (1:0) zamanı Meksika yığmasının azarkeşləri rəqib qapıçı Manuel Noyerə təzyiq göstərmək üçün müxtəlif təhqirlərə əl atıblar. Dünya futbol qurumu buna görə Meksika Futbol Federasiyasını 10 min dollar məbləğində cərimə edib.