FİFA nümayəndələri Bakıda - Fotolar

fifa-numayendeleri-bakida-fotolar
Oxunma sayı: 630

“Qafqazinfo”nun affa.az-a istinadən verdiyi məlumata görə, Dünya Çempionatında mübarizə aparacaq komandaların nümayəndələri, həmçinin turnirə hazırlıqla yaxından tanış olmaq və püşkatma mərasimində iştirak etmək üçün FIFA nümayəndə heyəti artıq ölkəmizdədir. Bu gün JW Marriott Absheron Baku hotelində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi və FIFA nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə çempionata hazırlıq çərçivəsində görülən işlər, püşkatma mərasimi, mərasimə hazırlığın detalları müzakirə edilib.

Qeyd edək ki, iyulun 9-a qədər ölkəmizdə olacaq FIFA rəsmiləri püşkatma mərasimindən öncə və sonra bir sıra görüşlər, seminarlar keçirəcək, stadionlara səfərlər edəcəklər.