FİFA prezidenti Bakıya gəlir

fifa-prezidenti-bakiya-gelir
Oxunma sayı: 647

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, o FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində iştirak edəcək. Bununla bağlı AFFA-ya FIFA-dan rəsmi məlumat daxil olub.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.