FİFA prezidentindən transferlərlə bağlı yeni təklif

fifa-prezidentinden-transferlerle-bagli-yeni-teklif
Oxunma sayı: 1343

FİFA prezidenti Canni İnfantino transfer pəncərəsi ilə bağlı yeni dəyişikliklər təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Nəşrin məlumatına görə, qurumun rəhbəri qış trasfer pəncərəsinin ləğvi, klublarda oyunçuların sayının məhdudlaşdırılması və futbolçulara verilə biləcək məvacibin maksimum həddinin müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Təklif edilən islahatlara fevralın 28-də FİFA-nın icraiyyə komitəsində baxılacaq.