FİFA rəsmisi saxlanıldı

fifa-resmisi-saxlanildi
Oxunma sayı: 1124

Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FİFA-nın Etika Komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.

Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb. 

Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək. 

S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib.