FİFA tarixində ilk

fifa-tarixinde-ilk
Oxunma sayı: 653

17 yaşadək oğlanlar arasında keçiriləcək dünya çempionatının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat yayılıb.

Məlumata əsasən mundialda iş başında olacaq hakimlərdən yeddisi qadındır. Onlar dördüncü hakim funksiyasını yerinə yetirəcəklər. 

Bu, FİFA-nın bayrağı altında qadın hakimlərin kişilərin yarışında ilk idarəçiliyi kimi tarixə düşəcək.

Qeyd edək ki, ümumilikdə dünya çempionatına 6 konfederasiyanı təmsil edən 21 hakim dəvət alıb.