Fikrət Hüseynli haqda həbs qərarı verildi

fikret-huseynli-haqda-hebs-qerari-verildi
Oxunma sayı: 3869

Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynli barədə qərar verilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Borispol Məhkəməsinin qərarı ilə F.Hüseynli 18 gün müddətinə azadlıqdan məhrum edilib. 

Jurnalistin hüquqlarını Ukrayna Helsinki İnsan Haqları Birliyindən vəkil Dmitry Mazurok müdafiə edir. Vəkil qərarla razılaşmadıqları üçün apellyasiya şikayəti veriləcəyini bildirib. 

F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə məlumatlar də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.