Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə

fikret-qocanin-oglunun-qetli-ile-bagli-mehkeme
Oxunma sayı: 2002

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı edib.

P.Hüseynov və R.Məmmədovun müdafiəçiləri çıxış edərək müvəkillərinin bu işdə günahsız olduqlarını deyiblər və onlara bəraət verilməsini istəyiblər.

Y.Qocayevi qətlə yetirməkdə təqsirləndirilən N.Əhmədovun vəkilləri isə çıxışa hazır olmadığı üçün vaxt istəyiblər. Proses noyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib. 

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb.
P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Murad Əhməd