Fil fermeri ayaqlayaraq öldürdü - Video

Fil fermeri ayaqlayaraq öldürdü
Oxunma sayı: 2053

Hindistanda fil kişini ayaqlayaraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata əsasən, hadisə Andxra-Pradeş ştatının Banqarapat şəhərində qeydə alınıb. Kadrlarda filin kişinin ardı ilə getdiyi və onu ayaqları altına alaraq öldürdüyü görünür. Ətrafdakı insanların fili qorxutmaq cəhdləri isə heç bir nəticə verməyib.

56 yaşlı fermer fevralın 25-də dəfn edilib. Hökumət ölənin ailəsinə 7,7 min dollar kompensasiya verəcək.

Şəhər sakinləri uzun müddətdir ki, fillərin vəhşiliklərindən əziyyət çəkirlər. Problemin həlli üçün şəhər hakimiyyətinə müraciət hələki öz nəticəsini verməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi