Fil onu hipnoz etmək istəyən kişini əzdi - Video

fil-onu-hipnoz-etmek-isteyen-kisini-ezdi
Oxunma sayı: 2930

Şri-Lankanın cənubunda faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, bir nəfər fili hipnoz etməyə çalışarkən həyatından olub. Yayılan video-görüntüyə əsasən, filə yaxınlaşıb əli ilə müxtəlif jest edən kişi filin hücumuna məruz qalır və onun pəncəsi altında əzilir. Dostları kişinin köməyinə çatsa da, artıq gec olur.

İnsident “Yala” milli parkında baş verib.