Filip Lefort Azərbaycana gələcək

filip-lefort-azerbaycana-gelecek
Oxunma sayı: 642

Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələr məlumat verib.
Bu, Lefortun həmin vəzifəyə təyin edildikdən sonra Azərbaycana ikinci səfəridir. Xüsusi nümayəndə artıq sentyabrda Bakıya səfər etmişdi.
Fransalı diplomat Filipp Lefort avqustun 26-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi təyin edilib. Lefort bu vəzifədə Pyer Morel və Piter Semnebini 2011-ci il sentyabrın 1-dən 2012-ci il iyunun 30-dək əvəz edəcək.

Bazar ertəsi Lefort Gürcüstana gəlib. O, burada Gürcüstan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Dövlət dəftərxanasından məlumat verilib.

Tbilisdəki görüşlər zamanı Cənubi Qafqaz ölkələri ilə Aİ-nin münasibətləri çərçivəsində sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Gürcüstanın işğal olunmuş ərazilərinə dair məsələlərin geniş dairəsi və oradakı vəziyyət müzakirə olunacaq.