Filippin zibilə görə Kanadadakı diplomatlarını geri çağırdı

filippin-zibile-gore-kanadadaki-diplomatlarini-geri-cagirdi
Oxunma sayı: 1010

Filippin hökuməti Kanadadakı səfir və konsullarını geri çağırıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Filippinin Xarici İşlər naziri Teodor Loksin-kiçik tvitter mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, diplomatların geri çağırılması barədə artıq məktub göndərilib və onlar bir gün sonra vətəndə olacaqlar.

Buna səbəb kimi Kanadanın 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etməsi göstərilir.

Xatırladaq ki, Kanada şirkəti 2013 və 2014-cü illərdə zibillə dolu təxminən 100 yük konteynerini Filippin limanlarına göndərdikdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. 

Filippin Prezidenti Rodriqo Duterte zibili Kanadaya geri göndərəcəyi, hətta bu ölkəyə müharibə elan edəcəyi ilə bağlı bəyanat səsləndirib. Lakin daha sonra prezidentin sözçüsü bildirib ki, Dutertenin zibilə görə Kanada ilə silahlı münaqişə yaratmaq fikri yoxdur.