Filippində güclü zəlzələ olub

filippinde-guclu-zelzele-olub
Oxunma sayı: 935

Filippində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Kaburan yaşayış məntəqəsinin 254 km cənub-şərqində, 53,6 kilometr dərinlikdə qeydə alınıb. Sunami xəbərdarlığı elan edilməyib.

Dağıntılar və xəsarət alanlar barəsində məlumat verilmir.