Filippində sərnişin təyyarəsi qəzaya uğradı

filippinde-sernisin-teyyaresi-qezaya-ugradi
Oxunma sayı: 1592

Çinin Xiamen Hava Yollarına məxsus “Boeing 737-800” model sərnişin təyyarəsi Filippinin paytaxtı Manilada hava limanına enərkən qəzaya uğrayıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, təyyarə gövdəsi üzərində yerə oturub.

Dərhal sərnişinlər təyyarədən təxliyyə ediliblər.

Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralananlar olmayıb.

Qəzanın səbəbi araşdırılır.