Finala keçməyən Ayselə nə qədər səs gəlib?

finala-kecmeyen-aysele-ne-qeder-ses-gelib
Oxunma sayı: 2832

Azərbaycanın “Eurovision” təmsilçisi Aysel Məmmədovaya verilən səslərin nəticəsi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki,  Eurovisionworld.com saytı birinci yarımfinalda münsiflərin və tamaşaçıların verdiyi balları yayımlayıb. 

Məlum olub ki, Aysel cəmi 94 bal toplayaraq 11-ci sırada qərarlaşıb və onun finala keçməsi üçün bir neçə xalı çatmayıb. 1-ci yarımfinalda Azərbaycanla yarışan ölkələr arasında ən çox balı Ayselə Çexiya verib (10 xal).

Bundan əlavə, Ayselin xalları sırasına İslandiya 1, Yunanıstan 3, Avstrya 4, İsrail 5, Makedoniya 5, Estonya 7, Portuqaliya 7 göndərib. 

Jürilərdən 47, tamaşaçı səsverməsində də 47 xal toplayan təmsilçimiz 94 balla finala vəsiqə qazanmayıb.