Finala yaxın olan tərəf

finala-yaxin-olan-teref
Oxunma sayı: 633

“Qafqazinfo” xəbər verir ki, bu il Avro Liqanın kubokunu başı üzərinə qaldırmaq istəyən “Çelsi” “Bazel”i səfərdə 2-1 hesabı ilə məğlub edib. İlk qol oyunun 12-ci dəqiqəsində gəlib. ”Çelsi” Viktor Mozeslə yerinə yetirilən künc zərbəsindən sonra hesabı açıb. Bu görüşdə 2-ci qol, matçın 87-ci dəqiqəsində vurulub .

Fabian 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib. Lakin görüşün əsas vaxtına əlavə olunmuş son saniyələrdə David Luiz hesabı “Çelsi” nin xeyirinə 2-1 edib və komandasını finala daha da yaxınlaşdırıb.

Qeyd edək ki, bu cütlüyün cavab qarşılaşması may ayının 2-də “Stemford Bric”də keçiriləcək.

İqbal