“Finalda ən yaxşı oyunumuzu göstərəcəyik” - Daliç

“Finalda ən yaxşı oyunumuzu göstərəcəyik”
Oxunma sayı: 1404

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının yarımfinalında İngiltərəyə qalib gəldikləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, çalışdırıcı bu nəticədən sonra 1998-ci il mundialını da xatırlayıb:

“1998-ci il dünya çempionatının 3 oyununda azarkeş idim. Həmin vaxt yarımfinalda Fransaya uduzmuşduq. Şukerin qolunun sevincini başa vurmamış qapımızda qol görmüşdük. 3-cü yer tutmuşduq və o tarixi anlar idi. İndi biz tarix yazmışıq. Final çətin olacaq və ən yaxşı oyunumuzu oynamağa çalışacağıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi