Finalda rəqibimiz türklərdir

finalda-reqibimiz-turklerdir
Oxunma sayı: 647

Azerisport.az xəbər verir ki, bu gün turnirin final oyunu keçirilir.

Bu mərhələyə qrup lideri kimi yüksələn, yarımfinalda isə Dominikan Respublikasının “Mirador” klubunu darmadağınla keçən Azərbaycan çempionu “Rabitə” ilk dəfə qatıldığı DÇ-ni qazanmağa çox yaxındı. Bu yolda komandamızın rəqibi Türkiyənin “Vakıfbank” klubudu.

Qeyd edək ki, “Rabitə” qrupdakı ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Braziliya “Osasco”su ilə qarşılaşma isə 3:2 hesablı qələbəyə ilə başa çatmışdı. Ümid edək ki, voleybolçularımız son rəqibi üzərində də qələbə qazanmaqla, Azərbaycana növbəti sevinci bəxş etmiş olacaq.

Üçüncü yer uğrunda keçiriləcək oyunda isə finalçıların məğlub etdikləri “Osasco” və “Mirador” üz-üzə gələcək.