Finaldan öncə Kiyev qarışdı - Azarkeşlər yaralandı + Video

finaldan-once-kiyev-qarisdi
Oxunma sayı: 3075

Kiyevdə baş tutacaq Çempionlar Liqasında finalından öncə “Real” və “Liverpul” azarkeşləri arasında dava düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kafedə baş verən hadisə nəticəsində “Liverpul”un 2 azarkeşi yaralanıb.

Polis 2 nəfəri isə polis idarəsinə aparıb.

Xuliqanlar kafedə stolları və masaları qıraraq obyekti yarasız hala salıblar.

Kiyev bələdiyyə sədri Vitali Kliçko vəziyyətin nəzarətdə olduğunu və provakasiya törədənlərin cəzasız qalmayacağını bildirib.