Finlandiya və Almaniyada bıçaqlı hücum - Ölən və yaralananlar var + Fotolar + Yenilənir

finlandiya-ve-almaniyada-bicaqli-hucum
Oxunma sayı: 975

Finlandiyanın Turku şəhərində bir nəfər küçədə ətrafındakılara bıçaqla hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i qadın olub.

Polis həmin şəxsin axtarışlarına başlayıb.

Hadisədən sonra hava limanları və metro stannsiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu insidentdən bir neçə saat sonra Almaniyanın Düseldorf şəhərində də bıçaqlı hücum olub. 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Polis cinayətkarın tutulması üçün əməliyyat keçirir.

***

Finlandiya polisi hadisə zamanı 2 nəfərin öldüyünü açıqlayıb. Hücum edən şəxs isə ayağından vurularaq yaralı halda ələ keçirilib.

Hadisənin terror hücumu olmadığı bildirilib.