Firdovsi Umudov istefa verəcək? - Açıqlama

firdovsi-umudov-istefa-verecek
Oxunma sayı: 3179

Azərbaycan sərbəst güləş milli komandasının baş məşqçisi Firdovsi Umudov vəzifəsindən istefa verəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, yaxın günlərdə qərarını mətbuata açıqlayacaq. 

Lakin Umudov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunda qalacaq. 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən məşqçi yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: “Bu barədə məndən soruşublar. Hazırki vəziyyətdə işimiz Azərbaycan güləşinə xidmət etməkdir. Məşqçi, baş məşqşçi və vitse-prezident kimi fərq etməz. Əsas odur ki, güləşimizin uğurları üçün çalışacam. Hazırda işimin başındayam və tələbələrim var. Onların məşqçisiyiyəm, hara gedirəm?

On dörd ildir ki, məşqçiyəm, yaxın günlərdə açıqlama verəcəm".