Fırıldaqçı polislər tutuldu

firildaqci-polisler-tutuldu
Oxunma sayı: 660

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 21-də Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ polis bölməsinə müraciət edərək bildirib ki, dekabr ayının 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim edən 4 naməlum şəxs ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəyiblər.

Zərərçəkən onlara 1600 manat pul ödəyib. Qaradağ RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulublar.