“First Lady”lərin ailə fotosundakı yeganə kişi - Baş nazirin arvadıdır

first-ladylerin-aile-fotosundaki-yegane-kisi
Oxunma sayı: 5404

Brüsseldə NATO zirvəsi çərçivəsində bir araya gələn birincli ledilərin ailə fotosu böyük maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə, ABŞ, Fransa, Lüksemburq, Sloveniya, İslandiya və Bolqarıstan dövlət başçılarının xanımlarının qatıldığı proqrama Belçikanın baş nazirinin həyat yoldaşı ilə NATO baş katibinin xanımı ev sahibliyi edib. 

Ailə fotosunda bir nəfər diqqət mərkəzində olub. Belə ki, Leksemburqun baş naziri Xavyer Bettelin həyat yoldaşı Gauthier Destenay da ailə fotosunda yer alıb. 

Qeyd edək ki, 42 yaşlı Xavyer Bettel 2015-ci ildə Belçika vətəndaşı, memar Destenay ilə evlənib. Bettel eynicinsli nikaha girən ilk Aİ lideridir.