Fırtınaya düşdü, 49 gün okeanın ortasında xilas edilməyi gözlədi - Video

firtinaya-dusdu-49-gun-okeanin-ortasinda-xilas-edilmeyi-gozledi
Oxunma sayı: 2222

İndoneziyanın Guam şəhəri sahillərində balıq tutarkən fırtınaya düşən gənc 49 gün okeanın ortasında ac və susuz qalıb.

“Qafqazinfo” “Show TV”yə istinadən xəbər verir ki, Aldi Novel Adilaq adlı gəncin balıq tutduğu taxtadan düzəldilən kiçik qurğu fırtına zamanı okeanın ortasına doğru sürüklənib.

Həmin an möcüzəvi şəkildə sağ qalan gənc oğlan 49 gün ərzində dəniz suyu və balıqla qidalanıb. Nəhayət Yaponiyaya məxsus bir yük gəmisi həmin gənci görüb və onu oradan xilas ediblər. Osakaya aparılan Aldi Novel Adilaq ilkin tibbi müayinədən sonra İndoneziya səfirliyinə verilib və oradan ölkəsinə qayıdıb. Vəziyyətinin normal olduğu bildirilir.

O, mətbuata açıqlamasında qeyd edib ki, 49 gün ərzində yanından 10 yük gəmisi keçsə də, özünü onlara göstərə bilməyib. Buna görə bir neçə dəfə intihar etməyi planlaşdırdığını, lakin ailəsini düşünərək fikrindən daşındığını söyləyib.