Firudin Cəlilov yeni kitabını təqdim etdi

firudin-celilov-yeni-kitabini-teqdim-etdi
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə qonaqlar arasında Qazaxıstanın Azərbaycandakı səfiri, ziyalılar, millət vəkilləri var idi. Tədbiri jurnalist Sevil Nuriyeva açdı və ilk sözü kitabın müəllifi Firudin Cəlilova verdi. Müəllif kitabın ərsəyə gəlməsi üçün apardığı araşdırmalardan danışdı, etruskoloq və türkoloqların səhvə yol verdikləri məqamlara aydınlıq gətirdi.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın həyat yoldaşı Günay Kılıça söz verildi. Qonaqlardan Amerika səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran, Qazaxıstanın səfiri Seriik Primbetov, Azəri-Türk qadınlar birliyinin sədir Tənzilə Rüstəmxanlı, politoloq Eldar Namazov, millət vəkili Sabir Rüstəmxanlı və başqaları çıxış edərək kitabla bağlı öz fikirlərini bildirdi. Onlar çıxışlarında kitabın əhəmiyyətindən, bir çox həqiqətləri aşkara çıxarması baxımında önəmli rol oynayacağından danışdılar.

Fatimə Kərimli