“Fitch Ratings” “Unibank”ın reytinqini yüksəldib

fitch-ratings-unibankin-reytinqini-yukseldib
Oxunma sayı: 688

Bankın PR-Koordinatoru Vüqar İsrafilovun “Qafqazinfo”ya verdiyi məlumata görə, bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən “B” səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi “5” kimi göstərilib, dayanaqlıq reytinqi “b - ” səviyyəsindən “b”yə qədər artırılıb.

“Fitch” mütəxəssislərinin fikrincə, yeni reytinqlər “Unibank”da qlobal maliyyə böhranından sonrakı dövrdə qeydə alınan kredit portfelin artımını, habelə baş tuta biləcək hər hansı bir zərərlərin ödənilməsi qabiliyyətini və müqayisə olunan digər banklardan fərqli sürətdə yüksələn gəlirliyini əks etdirir. Bundan başqa, reytinq agentliyində etiraf edirlər ki, Bank korporativ idarəetmədə müsbət təcrübə göstərərək, daha çox şəffaflıq nümayiş etdirir.

“Reytinqlərin yenilənməsi bir daha göstərdi ki, “Unibank” inkişaf edir, etibarlıdır və investorlar üçün daima açıqdır”, - deyə Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd edib. Onun fikrincə, son illər ərzində beynəlxalq reytinq agentliklərində milli bank bazarları və onların tərkib hissəsi olan banklara dair çıxardıqları rəy və hesabatlara təkrar baxılması üçün kifayət qədər fürsət olub.

Qeyd edək ki, cari ilin fevral ayının sonuna Bankın aktivləri 456,7 mln manat, kredit portfeli – 342,7 mln. AZN təşkil edib, mənfəət göstəricisi isə ilin ilk iki ayı ərzində 1,5 mln. AZN-i üstələyib.
“Unibank”ın səhmdarları sırasına 11 fiziki şəxslə (76,52% pay) bərabər, Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya investisiya şirkəti (8,33% pay) daxildirlər.

Nigar Məmmədli