Fizika üzrə Nobel mükafatçıları açıqlandı

fizika-uzre-nobel-mukafatcilari-aciqlandi
Oxunma sayı: 1631

ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn fizika üzrə Nobel mükafatına layiq görülüblər.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, adları qeyd edilən elm xadimləri kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.

Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi”ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Oktyabrın 4-də kimya, oktyabrın 9-da isə iqtisadiyyat sahələrində laureatların adları elan ediləcək. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı isə oktyabrın 6-da açıqlanacaq.