Fizuli Ələkbərov jurnalistləri mükafatlandırdı - - Fotolar

fizuli-elekberov-jurnalistleri-mukafatlandirdi-
Oxunma sayı: 976


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, görüşdə veteran jurnalistləri səmimi salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov görkəmli maarifçi Həsən Bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda «Əkinçi» qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, həmişə azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirib. 

Qeyd olunub ki, respublikamızda KİV-in inkişafına geniş şərait yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkədə KİV üzərində senzuranın ləğvi üçün hələ 1998-ci il 16 avqustunda fərman imzalayıb, KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edib. 

Sonra KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub. Veteran jurnalistlər, KİV nümayəndələri ürək sözlərini ifadə edərək, milli mətbuata göstərilən dövlət dəstəyindən, ölkədə azad jurnalistikanın fəaliyyəti üçün geniş imkanlar yaradılmasından, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin KİV-lə sıx əməkdaşlığından razılıqlarını ifadə ediblər.