Flora danışdı, Xatirə ağladı

flora-danisdi-xatire-agladi
Oxunma sayı: 2893

Ötən həftə sonu Xalq artisti Flora Kərimova ilə müğənni Xatirə İslam “Zaurla Günaydın” proqramının qonağı olublar. “Qafqazinfo” xəbər verir ki, canlı efirin gedişatında kövrək anlar yaşanıb.  Belə ki, F. Kərimovanın xaricdə yaşayan azərbaycanılar barədə söylədiyi fikirlər X. İslamı kövrəldib. 

Xalq artisti “Övladlarıma, nəvələrimə deyirəm ki, hara gedirsizsə gedin, yüksəlin! Amma vətəninizə qayıdın, burada bizlər sizi gözləyirik. Çünki biz analar sizi nəvələrimizə tapşırırıq. Həm bizin, həm də nəvələrimizin qədrini bilin. Qurban olum, biz burada ağlaşma etmirik. Allah heç bir ananın gözünü qapıda qoymasın” –deyə bildirib.