Flora Kərimova əməliyyat olundu

flora-kerimova-emeliyyat-olundu
Oxunma sayı: 632

“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, müğənninin gözaltı nayihəsində aparılan əməliyyat uğurla keçib.

Xalq artisti özünü yaxşı hiss etdiyini bildirib. Klinikada özünə qarşı xüsusi diqqqət və qayğı gördüyünü söyləyən Flora Kərimova bütün tibbi personala təşəkkürünü bildirir:
"Mənə çox xoşdur ki, məni belə sevirlər, hörmət edirlər. Cərrahiyyə əməliyyatı da təmənnasız oldu. Həkimlər məndən pul götürməkdən imtina etdilər. Başa düşdüm ki, Azərbaycanda hələ də öz işinin əsl peşəkarlarını sevirlər və hörmət edirlər."