Flora Kərimovanın səhhəti yaxşı deyil

flora-kerimovanin-sehheti-yaxsi-deyil
Oxunma sayı: 3724

Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, 77 yaşlı sənətçi günlərdir yüksək hərarətdən əziyyət çəkir. Bu səbəbdən o, bir neçə önəmli tədbirə qatıla bilməyib.

Hazırda müğənni Fatmayıdakı bağında həkim nəzarətində müalicəsini davam etdirir.