“Florens” qasırğası yaşayış məntəqələrinə çatdı - Xilasetmə əməliyyatları başladı

“Florens” qasırğası yaşayış məntəqələrinə çatdı
Oxunma sayı: 912

ABŞ-da günlərdir anonsu verilən “Florens” qasırğası Şimali Karolina ştatında yaşayış məntəqələrinə çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qasırğa səbəbindən 500 bin insan elektriksiz qalıb, 26 min insan isə sığınacaqlara yerləşdirilib.

Su basqınları nəticəsində köməksiz qalan 200 nəfər xilas edilib.

Qasırğanın ştat ərazisində 24-36 saat müddətində hökm sürəcəyi bildirilir.

Qeyd edək ki, bu qasırğanın 1989-cu ildə Şimali Karolinanı dağıdan Huqo qasırğasından daha güclü olacağı bildirilir. Huqo qasırğası həmin il 49 nəfərin ölümünə səbəb olmuşdu. Şəhərə dəyən ümumi ziyanın məbləği isə 7 milyard dollar olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi